Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Süni intellektin insan ağlını nə vaxt üstələyəcəyi açıqlandı

Böyük Britaniyanın Oksford Universitetinin insanlığın gələcəyi İnstitutunun tədqiqatçıları və ABŞ-ın Yel Universitetinin siyasi elmlər bölməsi süni intellektin insan ağlının imkanlarını nə vaxt üstələyəcəyi ilə bağlı qiymətləndirmə aparıblar.

 

İKT.lent.az-ın xəbərinə görə, alimlər bildirir ki, mətnlərin bir dildən digərinə tərcüməsi işində süni intellekt insanı 2024-cü ildə ötəcək. Yük avtomobilləri sürücüləri 2027-ci ildən süni intellektin gerisində qalacaq. 2053-cü ildən cərrahlara ehtiyac qalmayacaq. Belletristika (bədii ədəbiyyatın növü) 2049-cu ildə yoxa çıxacaq.

 

Süni intellektin 50 il sonra insanı tam əvəz etməsi ehtimalını alimlər 50% həddində qiymətləndirirlər.

 

Tədqiqat zamanı alimlər süni intellekt sahəsində çalışan 350-dən çox alim arasında qlobal sorğu aparıblar.

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017