Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Son bir ildə uşaqların onlayn-davranışları necə dəyişdi? - “KASPERSKY LAB”

“Kaspersky Lab” şirkəti son bir il ərzində gənc istifadəçilərin onlayn-maraqlarının hansı istiqamətlərdə dəyişildiyini araşdırıb.

 

Şirkətdə İKT.lent.az-a verilən məlumata görə, onlayn-ünsiyyət forması hələ də uşaqların İnternetdə əsas məşğuliyyəti hesab olunur - orta hesabla dünyada 61% aktivlik məhz “Kaspersky Lab”ın təhlükəsizlik modullarına daxil olan “Valideyn nəzarəti” modulu üzərindən qeydiyyatdan keçmiş bu fəaliyyətin payına düşür. Lakin ekspertlər kompüterlərdən sosial şəbəkələrə daxilolmaların sayının azaldığını qeyd edirlər.

 

Dünyada məşhur olan sosial şəbəkələr arasında, demək olar ki, hər yerdə “Facebook” birinci yerdə durur. Ancaq elə ölkələr də var ki, orada regional platformalardan daha çox istifadə olunur. Məsələn, Çində yerli mikrobloq xidməti “Sina Weibo” və “Kaixin001” sosial şəbəkəsi qərb rəqiblərindən daha geniş yayılıb. Azərbaycanda uşaqlar dünya tendensiyalarına daha çox meyl edirlər və “Facebook”u seçirlər, eyni zamanda Rusiya sosial şəbəkələri olan “VKontakte” və “Odnoklassniki”dən də geniş şəkildə istifadə edirlər. 

 

 

Azərbaycanda sosial şəbəkələrin populyarlığına görə pay bölgüsü

 

Sosial şəbəkələrə olan maraqla yanaşı, “Valideyn nəzarəti” modulu həm də uşaqların “Alkoqol, tütün, narkotik" kateqoriyasına daxil olan saytlara da yüksək marağın olduğunu qeydə alıb. Hələ keçən il ekspertlər bu mövzulara uşaqların meylinin artmasını müşahidə ediblər və sözügedən maraq artmaqdadır. Bunu belə izah edirlər ki, oxşar məzmunlu mövzulara istənilən yerdə rast gəlmək olar - onlar artıq pop-mədəniyyətin bir hissəsinə çevriliblər. Həmçinin son il ərzində yeniyetmələr arasında “veyp” (elektron siqaret) geniş yayılıb. Onunu orqanizmə təsiri hələ tam öyrənilməyib, lakin “Kaspersky Lab” bu mövzunu da diqqətdən kənar saxlamayıb və onu müvafiq kateqoriyaya daxil etməyi qərara alıb. Nəticədə, bildirişlərin sayı kateqoriyanın genişlənməsi ilə əlaqədar olaraq bir az da artıb.

 

Gənc istifadəçilər arasında populyarlıq reytinqinə əsasən, ikinci yerdə kompüter oyunları yer alıb ki, onlar da ötənilki nəticələrə nisbətən reytinqdə bir pillə aşağı düşüb. Postsovet məkanında bu kateqoriyadan olan və ən çox izlənilən “Steam” onlayn-mağazası və oyun birliyi olub. Ondan istifadə sayının çox olması uşaqların tamamilə müxtəlif oyunlara meyl etməsindən xəbər verir: inkişaf etdirən oyunlardan tutmuş adi vaxt öldürən oyunlaradək. Reytinq cədvəlini “Minecraft” və “Roblox” oyunları davam etdirirlər və bəzi ölkələrdə bu oyunlar məktəb proqramı çərçivəsində tədris olunur.

 

Nəhayət, uşaqların əksər hissəsi “Proqram təminatı, audio, video” kateqoriyasına aid olan saytlara maraq göstərir. Video seyr etməyə və musiqi dinləməyə ən çox vaxt sərf edən uşaqlar isə çinlilərdir - demək olar ki, hər beş uşaqdan biri sözügedən məşğuliyyətlə vaxt keçirirlər (18%).

 

“Uşağın rəqəmsal həyatının təhlükəsiz olması üçün nəinki onun şəbəkələrdəki fəaliyyətinə nəzarət etmək, həmçinin istər uşaqların, istərsə də böyüklərin rəqəmsal savadlılığını inkişaf etdirmək lazımdır. Böyüklər uşaqlarla etibarlı münasibətlər qurmalıdırlar, belə ki, uşaq daim sosial şəbəkələrdə və ya digər təhlükəli saytlarda vaxt keçirdiyinə görə danlanılarsa, doğrudan da çətin vəziyyətə düşdüyü zaman valideynlərindən kömək istəməyə çəkinəcək və özünə qapanaraq problemi ilə üz-üzə qalacaq”, - deyə “Kaspersky Lab” şirkətinin veb-kontentlərin təhlili üzrə eksperti Anna Larkina bildirib.

 

Xüsusən uşaqların İnternet məkanında müdafiəsi üçün “Kaspersky Lab”ın həllər siyahısında ayrıca “Kaspersky Safe Kids” modulu, həmçinin bütün cihazlarda istifadə üçün “Kaspersky Internet Security” və “Kaspersky Total Security” proqramlarında “Valideyn nəzarəti” modulu mövcuddur. Bu proqramlar valideynlərə uşağın cihazın istifadəsinə ayırdığı vaxta nəzarət etmək, İnternetə çıxışın cədvəlini tərtib etmək və uşağın sərf etdiyi vaxt haqqında hesabatlar almağa imkan verir. Əlavə olaraq onlar uşaqları yaşlarına uyğun olmayan mövzulara baxmaqdan qoruyur, valideynlərə kiberfırıldaqçılıq əlamətləri haqqında məlumat verir, zəng və SMS statistikasını və s. təqdim edir.

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017