Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Smartfon bazarı gəlirlərinin 83 faizi kimin payına düşür?

2017-ci ilin birinci rübündə smartfon bazarı gəlirlərinin 83,4 faizi “Apple” şirkətinin payına düşüb.

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Strategy Analytics” analitik şirkətinin mütəxəssislərinin hesabatında deyilir. Bir il öncə bu göstərici 79,8 faizə bərabər idi. 

“Apple”in əməliyyat gəlirləri mənfəətin 30,7 faizini təşkil edib. Müqayisə üçün bildirək ki, “Apple” ilə smartfon bazarında rəqabət aparan “Samsung Electronics” şirkətində bu göstərici 9,7 faizə bərabər olub. 

Rübün nəticələrinə görə, “Samsung” şirkətinin payına sənayenin ümumi əməliyyat gəlirlərinin 12,9 faizi düşür. Sahə müşahidəçiləri qeyd edirlər ki, “Samsung” şirkəti üçün rentabellik və gəlir göstəricilərini yaxşılaşdırmaq daha da çətinləşir. Buna səbəb bazarın doyumluğudur ki, bu da onun ümumilikdə gəlirliyinin aşağı düşməsinə gətirib çıxarır. Onların qiymətləndirməsinə görə, 300 smartfon istehsalçısı arasında cəmi 10 şirkət gəlirlə işləyir.

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017