Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Google” və “Apple” dünyanın ən bahalı 100 brendi arasında

Dünyanın ən bahalı brendləri arasına “Google”, “Apple”, “Microsoft”, “Amazon” və “Facebook” şirkətləri daxil olub.

İKT.lent.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın WPP və “Kantar Millward Brown” şirkətlərinin “The BrandZ Global Top 100” adlanan hesabatında deyilir. 

2017-ci ildə liderlərin 3-lüyü dəyişməyib. “Amazon” şirkəti yeddinci yerdən 4-cü yerə qalxa bilib. “Facebook” isə öz mövqeyini qoruyub. "Fəxri 5-liy"in gəlirləri reytinqə daxil olan 100 müəssisənin ümumi gəlirinin 25 faizini təşkil edir. Təhlildə iştirak edən brendlərin ümumi dəyəri isə 8 faiz artaraq ötən ildəki 3,4 trilyon dollardan bu il 3,6 trilyon dollara qədər artıb.

Reytinqi tərtib edənlər bütün dünya üzrə 3 milyon alıcı arasında sorğu keçiriblər və onların təxminən 120 000 brendə olan münasibətini öyrəniblər. Həmçinin şirkətlərin müxtəlif maliyyə və biznes göstəriciləri də nəzərə alınıb.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017