Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu smartfon 51 saniyəyə 1 milyon ədəd satıldı - REKORD

Bu gün “Nubia Z17” smartfonu satışa çıxarılıb.
 
İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, bu, “Quick Charge 4.0+” tezdoldurulma texnologiyasını dəstəkləyən ilk smartfondur. Smartfonun standart komplektində “Quick Charge 3.0” doldurulma cihazı da mövcuddur.

Çinin iri internet mağazalarından birı olan “Jingdong” bildirib ki, “Nubia Z17” smartfonunun ilk 1 milyon ədədi 51 saniyəyə satılıb. Yeni flaqman üçün cəmi 4 dəqiqə tələb olunub ki, mobil cihazlar kateqoriyasında mağazanın tarixində satışlara görə rekorda imza atılsın. Mağaza “Nubia Z17”-nin satışları ilə bağlı cari məlumatları açıqlamır.
 
Smartfon cəlbedici xüsusiyyətinə görə əlverişli qiymətə malikdir və onun satışları 410 dollardan başlayır.

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017