Bu bölmə Bakcell tərəfindən təqdim olunur

NASA pilotsuz sərnişin təyyarələrinin yaradılması işinə başladı

NASA pilotsuz sərnişin təyyarələrinin yaradılması işini sürətləndirməyi planlaşdırır.

 

İKT.lent.az-ın "Engadget"ə istinadən xəbərinə görə, bu məqsədlə aviasiyada avtonom texnologiyaların tətbiqi üzrə xüsusi tədqiqat qrupu yaradılıb.

 

Artıq NASA 3 şirkətə avtonom aeronavtika sahəsində çalışmağı təklif edib. Tədqiqatların məqsədi pilotsuz təyyarələrin təhlükəsiz şəkildə nəqliyyat şəbəkəsində tətbiqidir.

 

NASA bu sahədə hələ ilk addımlarını atır. Ona görə də pilotsuz sərnişin təyyarələrinin yaradılması üçün hələ uzun zaman lazım olacağı güman edilir.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017