Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"iPhone"larda avia-rejimin avtomobil variantı olacaq

"iPhone"ların yeni "iOS 11" platformasındakı funksiyalarından biri avia-rejimin avtomobil variantı olacaq.

 

İKT.lent.az-ın Actualnews.org-a istinadən xəbərinə görə, sürücü avtomobili işə saldıqda qurğunun displeyi bloklanacaq. Məqsəd maşın sürən sürücünün diqqətini yayındırmamaqdır.

 

Bu zaman gələn bildirişlər də ertələnəcək. Həmin vaxt mesaj göndərən hər kəsə belə bir cavab veriləcək: "Abunəçi rul arxasındadır".

 

Sürücü ilə əlaqə saxlamağın yeganə yolu mesajda "urgent" ("təcili") sözünün yazılması olacaq. Bu zaman displey mesajın işıqlanmasına imkan verəcək.

 

Əgər "iPhone" sürücü ilə sərnişini səhv salıb avtomobildə hərəkətdə olan telefonu bloklayarsa, ekrandakı xüsusi düyməyə basmaqla funksiyanı deaktiv etmək və yanlışlığı aradan qaldırmaq olar.

 

Hazırda "iOS 11" əməliyyat sistemi test mərhələsindədir və payızda əlçatan olacaq.

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017