Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung”un əlil əməkdaşı şirkətdən 8474 smartfon oğurlayıb

Koreya polisi “Samsung Electronics”in əlil arabasında olan əməkdaşını saxlayıb.

İKT.lent.az-ın “The Investor” nəşrinə istinadən məlumatına görə, o, bir neçə min smartfonun oğurlanmasında günahlandırılır. 
 
Li soyadlı əməkdaş 2014-cü ilin dekabrından 2016-cı ilin noyabr müddətinə qədər “Samsung” şirkətinin Kyonqido vilayətinin Suvon şəhərində yerləşən mənzil-qərargahından tərtibatçılar üçün nəzərdə tutulmuş 8474 ədəd smartfon çıxarıb. O, oğurlanmış smartfonları işlənmiş məhsulların satışında ixtisaslaşmış mağazaya satırmış. Onun əldə etdiyi ümumi gəlirlərin həcmi 714 min dollar təşkil edib. 
 
Lini “Samsung”a 2010-cu ildə işə götürülüb. O zaman Koreya nəhəngi məhdud imkanlı insanlar üçün yeni vəzifələr açmışdı. Öz iş yerində o, tərtibatçıların müxtəlif yenilənmələr keçirilməsi üçün istifadə olunan köhnə telefonların təmiri ilə məşğul olurdu.  
 
“Samsung”un bütün əməkdaşları müəssisəni tərk edərkən metal axtaran qurğudan keçirlər. Ancaq Li əlil arabasına bağlı olduğu üçün ona bu proseduru keçməmək imkanı verilib. 
 
Polis əlavə edib ki, Li qumar oyunlarının həvəskarı olub və onun ümumi borcunun məbləği 800 min dolları ötüb.

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017