Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Peskov: “Putinin saytına hər gün ABŞ-dan hücum edilir”

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-da Moskvanın ünvanına səslənən ittihamlara növbəti dəfə cavab verib.

 

İKT.lent.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, D. Peskov bildirib ki, Rusiyaya hər gün ABŞ ərazisindən haker hücumları olur: “ABŞ ərazisindən həyata keçirilən haker hücumları gündəlik qeydə alınır. Rusiya prezidentinin saytına da hücumlar edilir. Lakin biz bunun arxasında rəsmi Vaşinqtonun dayandığını söyləməklə insanları güldürmək istəmirik”.

 

D. Peskov deyib ki, hər hansı ölkədən həyata keçirilən hücumlar o demək deyil ki, bunun arxasında həmin dövlət dayanır. Bununla yanaşı, Putinin sözçüsü qeyd edib ki, Kremldə başqa dövlətlərin Rusiyanın daxili işlərinə müdaxiləsini təsdiqləyən faktlar var.

LENT

24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017