Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ötən il hakerlər 1 milyard dollar qazanıb

2016-cı ildə kibercinayətkarlar qarətçi proqramlar vasitəsilə bütün dünya üzrə 1 milyard dollar qazanıblar. 

İKT.lent.az-ın məlumatına görə, bu barədə “Trend Micro” nəşri xəbər verir.  
 
Analitiklərin məlumatlarına görə, fayllara olan girişin geri qaytarılması üçün tələb olunan orta vəsaitin həcmi 0,5-5 bitkoindur. Bu isə kriptovalyutanın hazırkı məzənnəsi ilə 1,3-13 min dollar təşkil edir. 
 
Rusiyaya gəldikdə, “Kasperski Laboratoriyası” şirkətinin məlumatına görə, 2016-cı il ərzində rəqəmsal proqramlar tərəfindən 32 faiz şirkət hücuma məruz qalıb. Bu zaman 37 faiz halda daha böyük həcmdə məlumatlar şifrələnib. Hücuma məruz qalan şirkətlərin 31 faizi itirilən bütün dəyərli məlumatların böyük bir hissəsini bərpa edə bilməyib.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017