Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Smartfon bazarında əməliyyat gəlirlərinin 90%-i iki şirkətin payına düşür

Dünya smartfon bazarında əməliyyat gəlirlərinin 90%-i "Apple" və "Samsung" şirkətlərinin payına düşür.

 

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, bu gəlirlərdən ABŞ şirkətinin payına düşən hissə Cənubi Koreya şirkətinin payından 10 dəfə çoxdur.

 

"Strategy Analytics" şirkətinin məlumatına görə, ötən il smartfon istehsalçıları 53,7 milyard qazanıblar ki, bunun da 44,9 milyard dolları, yəni dünya gəlirlərinin 83%-i "Apple"in payına düşür. "Samsung Mobile"a isə 8,3 milyard dollar düşüb. Halbuki satılan smartfonların sayına görə "Samsung" ilboyu lider olub. 

LENT

08 Dekabr 2017
07 Dekabr 2017
06 Dekabr 2017
05 Dekabr 2017