Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Tramp dünən niyə “tvit” yazmadı? - SƏBƏB

ABŞ prezidenti Donald Tramp ilk dəfə olaraq “tvit” yazmamaq barədə məsləhətə əməl edib.

 

İKT.lent.az-ın “The Washington Post”a istinadən verdiyi məlumata görə, vəkili Mark Kasovits dövlət başçısını Federal Təhqiqatlar Bürosunun (FBI) sabiq direktoru Ceyms Kominin Senatdakı çıxışına reaksiya verməməyə inandıra bilib. Nəticədə hər gün ən aktual məsələlərə “Twitter”də münasibət bildirən Tramp bu dəfə səssiz qalıb. Vəkil prezidentə deyib ki, onu aqressiv şəkildə müdafiə edəcək və lazım olduqda Komiyə hücum edəcək.

 

“Ona ən yaxşı cavab əslində cavab verməməkdir. Kasovits əla vəkildir və özü yaxşı cavab verdi”, - deyə Nyu Yorkun sabiq meri, D.Trampın yaxın dostu Rudolf Culiani bildirib.

 

Xatırladaq ki, FBI-ın sabiq rəhbəri Ceyms Komi iyunun 8-də Senatın kəşfiyyat komitəsində çıxış edib və senatorların çoxsaylı suallarını cavablandırıb. O, prezidenti yalan danışmaqda ittiham edib.

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017