Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Ce Manın sərvəti bir gecədə 2,8 milyard $ artdı

Çinin “Alibaba Group” şirkətinin qurucusu və rəhbəri Cek Manın sərvətinin miqdarı bir gecədə 2,8 milyard dollar artıb.

 

İKT.lent.az-ın “Bloomberg”ə istinadən verdiyi xəbərə görə, “Alibaba”nın satış rəqəmləri bütün proqnozları üstələyib. Söhbət mart ayında başa çatan maliyyə ilinin rəqəmlərindən gedir. “Alibaba”nın səhmlərinin qiyməti 13% yüksələrək rekord həddə (142,34 $) çatıb.

 

Hazırda 52 yaşlı Cek Manın sərvəti 41,8 milyard dollar həcmində qiymətləndirilir. O, Asiyanın ən zəngin, dünyanın isə 14-cü zəngin adamıdır.

 

C. Ma investorlarla görüşündə bildirib ki, onun məqsədi 2036-cı ilə qədər “Aliababa”nı dünyanın 5-ci böyük şirkətinə çevirməkdir.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017