Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Uber”in rəhbəri vəzifədən uzaqlaşdırıla bilər

Ötən bazar günü “Uber” şirkəti Direktorlar Şurasının toplantısı keçirilib.

 

İKT.lent.az-ın “Financial Times”a istinadən verdiyi məlumata görə, toplantıda şirkətin həmtəsisçisi və baş direktoru Trevis Kalanikin və onun yaxın ətrafının məsələsi müzakirə olunub.

 

Məlumatlı mənbələr bildiriblər ki, T. Kalanik şirkətin rəhbəri vəzifəsindən ya müvəqqəti kənarlaşdırıla, ya da başqa vəzifəyə keçirilə bilər. Onun müavini Emil Mişelin isə artıq bu gün öz postundan uzaqlaşdırılacağı gözlənilir.

 

Bu addımlar Direktorlar Şurasının “Uber”ə yönələn tənqidlərə və şirkətin adının qalmaqallarda hallanmasına reaksiyasıdır. Belə ki, rəhbərlik ABŞ-ın sabiq baş prokuroru Erik Holder tərəfindən şirkətin rəhbərliyi və korporativ mədəniyyət barədə hazırlanan hesabatla tanış olub. Bu hesabatla əlaqədar “Uber”in birinci direktoru Rayan Qreyvs də vəzifəsindən məhrum edilə bilər.

 

Qeyd edək ki, daha əvvəl seksual xarakterli hüquq pozuntuları ilə əlaqədar 20 nəfər “Uber”dən uzaqlaşdırılıb. “Uber” bu problemlə bağlı araşdırma aparmaq üçün “Perkins Coie” şirkəti ilə anlaşıb. “Perkins Coie” bu sahədə 215 şikayəti araşdırıb. Lakin 100 şikayət barədə hər hansı tədbir görülməyib.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017