Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Pokemon Go” bir ildə 750 milyon dəfə yüklənib

“Pokemon Go” pulsuz mobil oyunu ötən il iyulun 6-da istifadəyə verilib və dəfələrlə onun rekordlara imza atdığı barədə yazılıb.

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, xüsusilə də ilk 2 ayda bu oyunu 500 milyon dəfə yükləyiblər. 

“Niantic” şirkətinin icraçı direktoru Con Hanke (John Hanke) bildirib ki, indiyədək “Pokemon Go”nu 750 milyon dəfədən çox yükləyiblər. O, oyunun pərəstişkarlarına təşəkkür edib və “Pokemon Go”nun 1 illiyi münasibətilə tərtibatçıların bir sıra oyundaxili tədbirlər keçirəcəklərini bildirib. 

Həmçinin yayın ortasında böyük yenilənmə aparılacaq ki, bu da özü ilə bir sıra yeni rejimlər gətirəcək və oyunçular arasında münasibətlərin səviyyəsini yüksəldəcək.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017