Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Tesla” BMW-ni geridə qoydu

ABŞ-ın elektromobil istehsalçısı olan “Tesla” şirkətinin bazar dəyəri ilk dəfə olaraq dünyanın ən məşhur ənənəvi avtomobil istehsalçılarından olan Almaniyanın BMW şirkətinin bazar dəyərini geridə qoyub.

 

İKT.lent.az-ın xəbərinə görə, iyunun 9-da birjada aparılan ticarət əməliyyatları zamanı “Tesla”nın səhmlərinin qiyməti 1,4% artaraq 63,68 milyard dollara çatıb. (Hər səhmə görə 376,87.) Bununla da şirkət BMW-ni keçərək dünya avtomobil istehsalçıları arasında 4-cü sıraya yüksəlib. ABŞ daxilində isə şirkət ilk sıradadır. Dünya sıralamasında ilk üç yeri “Toyota”, “Daimler” və “Volkswagen” tutur.

 

Qeyd edək ki, bu yaxınlarda “Tesla” səhmdarlarının toplantısında şirkətin rəhbəri İlon Mask yayda “Model 3”ün kütləvi istehsalına başlayacaqlarını açıqlayıb. Bu model bir dəfə doldurulmaqla 340-480 km hərəkət edə bilir. Saatda 100 km sürəti 6 saniyədə yığır. Avtomobilin qiyməti 35 min dollardır.

 

“Tesla” bu ilin ilk rübündə ötən ilin eyni dövrü ilə müqayisədə istehsalını 69% artıraraq 25 min ədədə çatdırıb.  

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017