Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone 8”in Rusiyadakı dəqiq qiyməti açıqlandı

Rusiyanın nüfuzlu kütləvi informasiya vasitələri bu ölkədə yeni “iPhone 8” flaqman smartfonunun dəqiq qiymətini öyrəniblər. 

İKT.lent.az-ın “gazetadaily.ru” saytına istinadən məlumatına görə, bildirilir ki, rublla hesablamada yeni məhsulu 80-90 min rubla və ya 2384-2682 manata əldə etmək mümkün olacaq.

 

Halbuki Amerika bazarında smartfonun qiyməti 1000 dollardan artıq deyil. Böyük fərq rusiyalı riteyllərin ənənəvi olaraq qiymətin üstünə gəldikləri vəsaitlə izah edilir.

Xatırladaq ki, bundan əvvəl “Apple” korporasiyasının nümayəndələri dəfələrlə bildiriblər ki, “iPhone 8” “Apple”in yubiley smartfonu olacaq və mobil cihazlar dünyasında əsl inqilab edəcək.

LENT

16 Avqust 2017
15 Avqust 2017
14 Avqust 2017
11 Avqust 2017
10 Avqust 2017