Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Microsoft”dan yeni “Xbox One X” oyun avadanlığı

“Microsoft” korporasiyası E3 sərgisi çərçivəsində yeni “Xbox One X” oyun avadanlığını nümayiş etdirib. 

İKT.lent.az-ın “korrespondent.net” saytına istinadən məlumatına görə, bu oyun avadanlığı hazırda bazarda ən güclüsü hesab edilir.

İstehsalçı iddia edir ki, avadanlığında oyunları 4K formatında 60 ps tezliyi ilə oynamaq mümkündür. Onun qrafik kartının gücü isə 6 teraflops təşkil edir. Bundan başqa, yeni oyun avadanlığı istehsalçının bütün avadanlıqları arasında ən yığcamıdır. O, həmçinin “Xbox One S” üçün mövcud olan bütün cihazlarla uyğun gəlir. 

Gözlənilir ki, yeni oyun avadanlığı bu ilin noyabrın 7-də satışa çıxarılacaq. Onun bazardakı qiyməti 500 dollar təşkil edəcək. 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017