Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Çində pilotsuz uçan aparatlarla bağlı rekord qeydə alındı

Çində pilotsuz uçan aparatların buraxılmasında yeni rekord qeydə alınıb.

İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, bu ölkədə göyə 119 ədəd aparat qaldırılıb. Bu nailiyyət haqqında Çin mətbuatı xəbər verib.

Yerli elektron texnologiya şirkətinin nümayəndələri pilotsuz uçan aparatları katapultanın (sapand) köməyi ilə göyə buraxıblar. Qeyd edilir ki, dronlar havada müxtəlif fiqurlar nümayiş etdiriblər və izləməyə gələn tamaşaçıları təəccübləndiriblər. Şirkət əməkdaşları bildirirlər ki, bu sahə müasir dünyada süni intellekt sistemində ən maraqlı sahə sayılır. 

Bu il yazın sonunda Çində jestlərlə idarə olunan pilotsuz uçan aparatlar təqdim edilib. Bu icad selfi etmək həvəsində olanlar üçün ən uyğun tapıntı hesab olunur. Belə ki, onlar artıq özləri üçün heç bir əlavə çubuğa ehtiyac olmadan havadan şəkil çəkdirmək imkanına malikdirlər. Dron havada cəmi 16 dəqiqə qalmaq imkanına malikdir.

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017