Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Xiaomi” smartfonlarının satışı 20 milyon ədədi keçəcək

@Kevin nikli tanınmış insayder Kinq Diari (King Diary) etibarlı mənbələrə istinadən bildirib ki, “Xiaomi” şirkəti bu ilin ikinci rübündə smartfon satışlarını əhəmiyyətli dərəcədə artırıb. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, əgər birinci rübdə şirkət 13 milyon ədəd smartfon satmışdısa, ikinci rübün nəticələrinə əsasən satışlar 20 milyon ədəd təşkil etməlidir.
 
Şirkətin öz mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmasına Hindistan sakinləri kömək edib. Onlar fəal olaraq “Redmi” seriyasından olan smartfonları alırlar. Həmçinin yeni “Xiaomi Mi 6” flaqmanı da pis satılmır.
 
İnsayder hesab edir ki, “Xiaomi” məhsullarının tədarükü artmaqda davam edir. Çünki şirkət yaxın zamanlarda özünün daha bir neçə maraqlı cihazlarını təqdim edəcək. Xüsusilə də söhbət “Xiaomi Mi Note 3” və “Xiaomi Mi Mix 2” smartfonlarından gedir.

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017