Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rus hakerlər ABŞ şəhərlərini işıqsız qoya bilər

Rusiyalı hakerlər ABŞ şəhərlərini elektrik enerjisi ilə təmin edən sistemlərin kompüterlərinin işini poza bilər.  

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “The Washington Post” kibertəhlükəsizlk sahəsində ixtisaslaşmış “Dragos” şirkətinin hesabatına əsasən məlumat yayıb.

 

Ekspertlər bu nəticəyə gəlib ki, rusiyalı hakerlər tərəfindən yaradılmış “CrashOverride” zərərverici proqramı elektrik təminatını bir neçə saatdan bir neçə günə qədər dayandıra bilər. Amerikalı analitiklər atıq rusların bu virusu Ukrayna energetika sistemində sınaqdan çıxardığını və 225 min ukraynalının bir müddət işıqsız qaldığını bildiriblər. Ekspertlər əmindir ki, ruslar bu proqramdan kiçik modifikasiyadan sonra ABŞ-ın enerji sisteminə hücum məqsədilə də istifadə edə bilər.

 

Xatırladaq ki, 2015-ci ilin dekabrında Ukraynanın “Prikarpatyeoblenerqo” şirkəti regionda iri miqyaslı enerji kəsintisi yarandığını açıqlayıb. Şirkət bunun səbəbini kənar şəxslərin nəzarət və idarəetmə üzrə avtomatik sistemə müdaxiləsi ilə izah edib.

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017