Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Microfoft” 42 yeni oyun təqdim etdi

“Microfoft” korporasiyası Los-Anceles şəhərində keçirilən “E3 2017” sərgisində 42 yeni videooyun təqdim edib.

İKT.lent.az-ın “actualnews.org” saytına istinadən məlumatına görə, təqdim edilən oyunların əsas hissəsi “Xbox One” oyun avadanlığı üçün tərtib edilib. 

“Forza Motorsport 7”, “Assassin’s Creed Origins”, “Metro Exodus”, “Middle Earth: Shadow of War”, “Life is Strange: Before the Storm” və digərləri bunlar arasında ən mühüm təqdimatlar olub. Sərgi iştirakçılarını yeni taytlar, həmçinin oyunsevərlər tərəfindən sevilən yeniliklər xeyli təəccübləndirib.

Bundan başqa, korporasiyanın aparıcı tərtibatçılarından biri olan Fil Spenser bildirib ki, şirkət oyunların ilk “Xbox” oyun avadanlığı ilə uyğunlaşdırma proqramını işə salmaq niyyətindədir. Təklif edilir ki, oyunçular artıq bu ilin sonuna qədər retro oyunlar da oynaya biləcəklər. 

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017