Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Huawei” dekabrda “Apple”dən çox smartfon satıb

Ötən ilin dekabrında “Huawei” şirkəti “Apple”dən çox smartfon satıb. 

İK.lent.az-ın məlumatına görə, bunu müsahibəsində “Huawei India” şirkətinin rəhbəri Allen Vanq (Allen Wang) bildirib. 

Bundan öncə “Huawei” dəfələrlə bildirib ki, bir neçə il ərzində dünya üzrə smartfon tədarükündə “Apple”i qabaqlamaq niyyətindədir. Çox güman ki, bu ilk işartıdır.

A.Vanqın sözlərinə görə, ötən ilin dekabrında “Huawei” dünya smartfon bazarının 13,2 faizini tutub, “Apple”ə isə bu bazarın 12 faizi məxsusdur. Anlaşılmayan odur ki, hansı səbəbdən bu böyük qələbə barədə ancaq indi elan edirlər. Ancaq yenə də “Huawei”in informasiyası heç də dəqiq olmaya bilər.

“Huawei” rəsmisi əlavə edib ki, şirkət dünyanın bəzi ölkələrində bu bazarın lideri olan “Samsung” şirkətini qabaqlayıb. Ancaq bu ölkələrin adlarını açıqlamayıb.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017