Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Android” smartfonlarına zərər vuran virus aşkarlandı

“Kasperski Laboratoriyası”nın əməkdaşları bildirir ki, yeni “Trojan.AndroidOS.Dvmap” virusu “Google Play” onlayn mağazası əlavəsi vasitəsilə smartfonlara daxil olur. 


İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən verdiyi məlumata görə, hazırda 50 min ədədə yaxın cihaz bu virusa yoluxub.

2017-ci ilin mart ayının sonunda tərtibatçılar mağazaya “təmiz” əlavəni yükləyib, sonradan isə onun üçün bir sıra yenilənmələr aparıblar. Ancaq onlar mağazada çox qalmayıblar və mütəxəssislər həmin gün bu əlavəni oradan siliblər. 

Virusun işləmə prinsipi olduqca sadədir: smartfona daxil olaraq root-hüquqları ələ keçirməyə çalışır ki, bu da cihaz sahibinin xəbəri olmadan istənilən əlavələri yükləməyə imkan verirvə bütün inzibati hüquqları təqdim edir. Əlavə olaraq, “troyan” zərərverici kodu libdmv.so  və ya libandroid_runtime.so. sistem kitabxanalarına daxil edir.

Mütəxəssislərin sözlərinə görə, “Trojan.AndroidOS.Dvmap.” virusu ilk yoluxma kodu olan virusdur.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017