Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Galaxy S8” gözlər üçün təhlükəli ola bilər

Yeni “Galaxy S8” sahibləri bildiriblər ki, gözlərin skan edilməsi üçün cihaz insan görməsi üçün təhlükəli ola bilər. 

İKT.lent.az-ın “riafan.ru” saytına istinadən məlumatına görə, bəzi istifadəçilər qeyd ediblər ki, iki aylıq istifadədən sonra rahatsızlıq və qıcıqlanma hiss ediblər. 

Bundan əvvəl “Note 7” sahibləri şikayətlənirdilər ki, mobil cihaz partlayır və ya onların əllərində yanır. “Galaxy S8” sahibləri isə smartfonun unikal dizaynını və yeni funksiyalarını qiymətləndiriblər. Amma istifadə etdikləri ilk ayda onun mənfi tərəflərini artıq hiss etməyə başlayıblar. Bir çoxları gözlərindəki ağrılardan və göz bəbəyinin skan edilməsindən sonra baş gicəllənməsindən şikayət ediblər. 

“Samsung” şirkətinin rəsmiləri yeni smartfonun istifadəçilərinin şikayətlərinə heç bir şərh vermirlər. Qeyd edilir ki, texnologiya gözlər üçün tam təhlükəsizdir. 

Oftalmoloq mütəxəssislər isə hesab edirlər ki, gözlərin infraqırmızı şüalara tez-tez məruz qalması kataraktın inkişaf etməsinə səbəb ola bilər.
 

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017