Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Avropaya vizasız gedən ukraynalılar üçün rominq qiymətləri ucuzlaşdı 

Ukraynanın “Vodafone” mobil rabitə operatoru iyunun 11-dən etibarən öz müştəriləri üçün rouminq xidmətində 50 faizlik güzəşt aksiyası təklifinə başlayıb. 

İKT.lent.az-ın “korrespondent.net” saytına istinadən məlumatına görə, xüsusi aksiya bir ay müddətində keçərlidir.

 

İyunun 11-dən başlayaraq “Vodafone”un müqaviləli və ya öncədən ödəniş etmiş xidmət üzrə özəl abunəçiləri “Evdəki kimi rominq” xidmətindən rominqdən istifadə edə biləcəklər. 

Bu müddət ərzində “Vodafone” müştəriləri üçün tarifindən asılı olmayaraq 250 qrivna güzəşt ediləcək. Bu şirkətin abunəçiləri Polşa, İtaliya, Almaniya, Çexiya, İspaniya, Fransa, Portuqaliya, Macarıstan, İrlandiya, Böyük Britaniya, Yunanıstan, Hollandiya, Malta, Albaniya, Rumıniya və Türkiyə kimi 16 ən populyar Avropa rominq ölkəsində təkliflərdən yararlana biləcəklər. Təklifdən istifadə etmək üçün abunəçilər səfərə və ya səyahətə getməmişdən bir gün öncə “Evdəki kimi rominq” xidmətinə qoşulmalıdır. Təklif bütün “Vodafone” tarifləri üçün keçərlidir.

Xatırladaq ki, bu günlərdə Ukraynada Avropa Birliyi ölkələri ilə vizasız rejim fəaliyyətə başlayıb. Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, iyunun 12-si səhərinə olan məlumata əsasən, Avropa ilə vizasız rejimdən 1894 Ukrayna vətəndaşı istifadə edib.

LENT

19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017
16 Oktyabr 2017