Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Mail.Ru” 12-21 yaşlılar üçün sosial şəbəkə yaradır

“Mail.Ru” şirkəti “Verb” adlanan yeni sosial şəbəkəsinin yaradılması üçün böyük məbləğdə pul yatıracaq. 


İKT.lent.az-ın “actualnews.org” saytına istinadən məlumatına görə, bu sosial şəbəkəni şirkət “Yandex” şirkətinin əməkdaşları ilə birgə tərtib edibr.

 

Tərtibatçılar özləri isə bildirirlər ki, sayt 12 yaşdan 21 yaşa qədər olan insanlar üçün nəzərdə tutulacaq. 

1995-2000-ci illərdə doğulan nəslin nümayəndələri üçün digər istifadəçilərlə öz xəbərlərini sadə cümlələrin köməyi ilə bölüşə biləcəklər. Dərc edilən hər bir yazı “geoteq” adlanan şəkillə əlavə olunacaq. Həmçinin saytda reytinq sistemi olacaq ki, o da aktivlik sayəsində artacaq. Gələcək sosial şəbəkənin yaradıcıları onun yaradılmasına reklam sayəsində pul vəsaiti cəlb etməyi planlaşdırırlar.

Saytın dizayn və menecment üzrə məsuliyyətini “Mail.Ru” qrupu öz boynuna götürüb. “Yandex” şirkətindən bu işə bir neçə tərtibatçı qoşulub. Gələcək sosial şəbəkənin nümayəndələri əmindir ki, hələ həyatın, demək olar, hər bir addımını ilə bölüşmək imkanı verən ikinci belə bir sayt yoxdur. 

“Mail.Ru” artıq 3 sosial şəbəkəyə malikdir. Onların arasında “VKontakte”, “Odnoklassniki” və “Moy Mir” var. Həmçinin saytın qurucuları bildirirlər ki, yeni sosial şəbəkə maraqlı şirkətlə hər hansı münaqişəli vəziyyətlərə qoşulmayacaq.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017