Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“iPhone 8”in növbəti fotoları yayıldı

Payızda təqdim olunacaq “iPhone 8” smartfonu ilə bağlı internetə məlumatlar sızmaqda davam edir.

 

İKT.lent.az-ın “GSMArena”ya istinadən verdiyi xəbərə görə, bu dəfə smartfonun ön və arxa panellərinin fotoları yayılıb.

 

Fotolardan görünür ki, cihaz böyük ekrana, ikili kameraya, ekrana inteqrasiya olunmuş barmaq izi skanerinə malikdir. Ön paneldə çərçivə çox nazikdir, faktiki olaraq bütün sahə ekran üçün ayrılıb. Ön tərəfdə selfi-kamera və işıqlandırma datçiki də var. Arxa panel isə vertikal ikili kamera və kameranın iki modulunu ayıran “vspışka” üçün ayrılıb.  

 

Qeyd edək ki, artıq “iPhone 8”in istehsalı prosesinin başlandığı barədə söz-söhbət yayılıb.

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017