Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook”da Allahı təhqir etdi, ölüm cəzası aldı

Pakistanda kişini “Facebook”da Allahı təhqir etdiyi şərhləri üçün ölüm cəzasına layiq görülüb. 

İKT.lent.az-ın “The Verge” nəşrinə istinadən məlumatına görə, Teymur Rza adlı şəxs din xadimlərinin ünvanına mənfi şərhlər yazdığı üçün həbs edilib. O, həmçinin Məhəmməd peyğəmbərin də ünvanına mənfi fikirlər səsləndirib. 

T.Rza internetdə İslam barəsində digər bir kişi ilə dialoqa girib ki, o da xüsusi xidmət orqanlarının nümayəndəsi olub. Həbs edilən şəxs hökumət tərəfindən dini və Allahı təhqir etdiyi üçün saxlanılan 15-ci adamdır. 

Qeyd edək ki, Pakistanda Allahı və dini təhqir etmək cinayət məsuliyyəti sayılır və ölüm cəzası ilə nəticələnir.
 

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017