Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Rusiyanın ABŞ-a haker hücumu - YENİ TƏFƏRRÜATLAR

2016-cı ildə ABŞ-dakı prezident seçkiləri ərəfəsində rusiyalı hakerlər ümumilikdə 39 ştatın seçki sistemlərinə daxil olublar.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi təhqiqatın gedişi barədə məlumatlı olan mənbələrə istinadən xəbər yayıb. Hücumlar 2016-cı ilin yayında və payızında baş verib.

 

Agentlik bildirir ki, ABŞ-ın seçki sisteminə qarşı kiberhücum əvvəl güman edildiyindən daha iri miqyaslı olub. Hətta İllinoys ştatında hakerlər seçicilərin məlumatlarını silməyə və ya dəyişməyə cəhd göstəriblər. “Hücumların miqyası Obama administrasiyasını o dərəcədə narahat edib ki, onlar görünməmiş addım ataraq xüsusi rabitə kanalı ilə birbaşa Moskva ilə təcili əlaqə yaradıblar”, - deyə “Bloomberg” yazır.  

 

ABŞ Federal Təhqiqatlar Bürosu (FBİ) məsələyə dair şərh verməyib.

 

Qeyd edək ki, hazırda ABŞ Ədliyyə Nazirliyi-Baş Prokurorluğunun təyin etdiyi səlahiyyətli xüsusi prokuror Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi və Donald Trampın yaxın ətrafının Rusiya ilə əlaqələri barədə təhqiqat aparır. Konqresin hər iki palatasının müvafiq komitələri də bu barədə araşdırmaları davam etdirir.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017