Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Uber”in rəhbəri şirkətdən getdi

“Uber”in yaradıcısı və baş direktoru Trevis Kalanik əməkdaşlara məktub yazaraq şirkəti müvəqqəti olaraq tərk etdiyini bəyan edib.

 

İKT.lent.az-ın “BuzzFeed”ə istinadən verdiyi məlumata görə, T. Kalanik məktubunda izah edib ki, ötən ay anasının ölümü ilə nəticələnmiş faciəli hadisədən sonra özünə gələ bilməsi üçün məzuniyyət götürməyə məcburdur. Hadisə Payn Flet gölündə qayıq gəzintisi zamanı baş verib. “Ötən hadisələr mənə bunu anlatdı ki, insanlar işdən vacibdir. Cümə günü dəfn etdiyim anamın yasını tutmaq, eləcə də düşünmək, öz üzərimdə işləmək və dünya səviyyəsində rəhbər komanda formalaşdırmaq üzərində diqqətimi cəmləşdirmək üçün mənə vaxt lazımdır”, - deyə T. Kalanik söyləyib. Bununla yanaşı, o, şirkətdəki vəziyyətə görə məsuliyyəti öz boynuna götürüb: “Əgər biz “Uber 2.0” üzərində işləyiriksə, şəxsən mənim də şirkətin və sizlərin ehtiyac duyduğunuz liderə çevrilməyim üçün “Trevis 2.0” üzərində işləməyimə ehtiyac var”.

 

T. Kalanik məcburi məzuniyyətin nə qədər davam edəcəyini açıqlamayıb. O, strateji baxımdan vacib qərarların qəbuluna ehtiyac yaranarsa, əlçatan olacağın söyləyib.

 

Xatırladaq ki, “Financial Times” “Uber”in Direktorlar Şurasının son toplantısında T. Kalanikin durumunun müzakirə olunduğu barədə xəbər yayıb. Toplantıda T. Kalanikin rəhbərlikdən müvəqqəti kənarlaşdırılması və ya başqa vəzifəyə keçirilməsi müzakirə olunub. Səbəb şirkətdə baş verən seksual xarakterli qalmaqallardır.

 

T. Kalanik 40 yaşındadır. O, “Uber” mobil əlavəsini 2009-cu ildə Qarret Kemp ilə birlikdə yaradıb. Hazırda “Uber” dünyanın 58 ölkəsində və 300-dən çox şəhərində fəaliyyət göstərir. Bu ilin martında “Forbes” Kalanikin sərvətini 6,3 milyard dollar həcmində qiymətləndirib. O, dünyanın ən zəngin insanları siyahısında 226-cı yerdədir.
 

LENT

24 İyun 2017
23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017