Bu bölmə Bakcell tərəfindən təqdim olunur

"Time" nəşrlər evi kütləvi ixtisarlara başlayır

ABŞ-ın məşhur "Time" nəşrlər evi əməkdaşlarının kütləvi ixtisarına başlandığını elan edib.

 

İKT.lent.az-ın "The Wall Street Journal"a istinadən xəbərinə görə, şirkətin baş direktoru Riç Battista ixtisarların təxminən 300 nəfəri əhatə edəcəyini bildirib.

 

Onun sözlərinə görə, ixtisarlar nəşrlər evinin bütün strukturunun yenidən qurulması çərçivəsində aparılacaq: "Bu, ağır, amma vacib addımdır. Çünki strategiyamızı videokontent, gizli reklam və brendin genişləndirilməsi kimi perspektivli istiqamətlərdə həyata keçiririk. Ancaq çap məhsullarının istehsalı şirkətin vacib hissəsi olacaq".

 

"The Wall Street Journal" yazır ki, "Time"ın öz strukturunu yenidən təşkil etmək qərarı abunəçilərin sayının, jurnal satışının və nəticədə reklam gəlirlərinin azalması ilə bağlıdır.

 

Qeyd edək ki, 1922-ci ildə yaradılan "Time" nəşrlər evi 100-dən artıq jurnalın, o cümlədən "Time", "Peopl"e, "Life", "Sports Illustrated" jurnallarının sahibidir. Mənzil-qərargahı Nyu-Yorkda yerləşir.

LENT

20 İyun 2018
19 İyun 2018
18 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018