Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“PlayStation 4”-ün satışları 60 milyon ədədi keçdi

“Sony Interactive Entertainment” şirkəti bildirir ki, iyunun 11-nə olan vəziyyətə görə, “PlayStation 4” oyun avadanlığının satışları 60,4 milyon ədəddən çox olub. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, bundan başqa, 487,8 milyon ədəd oyun nüsxələri satılıb. Ayrıca olaraq yenicə buraxılan “Horizon: Zero Dawn” oyunun uğurları da qeyd edilir. 

Həmçinin elan edilib ki, ödənişli “PlayStation Plus” abunəçilərinin sayı 26,4 milyon nəfəri keçib, ancaq ümumilikdə xidmətdən 70 milyon insan istifadə edir. Fəal istifadəçilər özlərinin PS4 oyun avadanlıqları ilə ümumilikdə həftə 600 milyon saatdan artıq vaxt keçirirlər. 

Analitiklər qeyd edirlər ki, PS4, bir zamanlar PS2-nin satışlarında olduğu kimi, fəal satılır. Əgər “Sony” şirkəti qarşısına qoyduğu satış planını yerinə yetirərsə, o zaman bir ildən sonra PS4 PS2-ni qabaqlayacaq.

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017