Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Bu televizoru təkcə quraşdırmaq 35 min dollara başa gələcək

Dünyanın ən böyük televizorlarının istehsalında ixtisaslaşmış Avstriyanın “C Seed” şirkəti dünyanın ən geniş ekranlı 4K televizorunu istehsal edib. 

İKT.lent.az-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, onun qiymətinə isə heç kəs biganə qala bilmir. “C Seed 262” 4K televizorunun qiyməti 549 000 dollar təşkil edir. Onun quraşdırılması isə əlavə olaraq 35 000 dollar dəyərindədir.

Bu gün televizor istehsalçıları üçün istifadəçiləri təəccübləndirmək o qədər də asan iş deyil. Çox vaxt belə cihazlar bir neçə il üçün alınır və çox nadir hallarda əvəzlənir. Bunun üçün də şirkətlər istehlakçıları yeni texnologiyalarla, görüntü keyfiyyəti və həcmləri ilə cəlb etməli olurlar. 

“C Seed 262” televizoru ekranının diaqonalı 6,5 metr və ya 262 düym təşkil edir. 4K matrisası dərin qara rəngə nail olmaq üçün yüksək kontrastla LED texnologiyası ilə istehsal edilib.  

Televizor on ədəd əlavə 7,1 və 9,1 səslənmə format həcmli yüksək keyfiyyətli dinamiklə təchiz edilib. Televizor istifadə olunmayan zaman onun ekranı avtomatik mexanizmin köməyi ilə parçadan olan şəkil kimi açılır. 

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017