Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Instagram”da yeni funksiya - ARXİV

“Instagram” foto xidmətində istifadəçilərə köhnə və uğursuz fotoları silmədən gizlətməyə imkan verən yeni funksiya tətbiq olunub.

 

İKT.lent.az-ın “The Verge” saytına istinadən verdiyi məlumata görə, “Archive” adlı funksiya daha əvvəl azsaylı istifadəçilər üçün əlçatan idi. İndi isə “Android” və iOS əməliyyat sistemləri ilə çalışan bütün cihazların sahibləri bu funksiyadan yararlana bilər.

 

Yeni funksiyadan istifadə etmək üçün fotonu seçmək və yuxarı sağ küncdəki düyməni basmaq, açılan menyuda “Arxivləşdirmək” variantını seçmək lazımdır. Bu halda foto hamının gördüyü lentdən silinərək ayrıca qalereyaya köçürülmüş olacaq. Bu qalereyanı isə yalnız səhifəsini sahibi görə bilər.

 

“The Verge” yazır ki, bununla sosial şəbəkənin tərtibatçıları istifadəçilər tərəfindən silinən fotoların sayını azaltmaq istəyirlər. Belə ki, bəzi istifadəçilər kifayət qədər like yığa bilməyən və ya həddən artıq şəxsi hesab etdikləri fotoları silməyə meylli olur. Yeni funksiya bu fotoları qorumağa imkan verəcək.

 

Xatırladaq ki, bu il aprelin sonunda “Instagram”ın aylıq auditoriyası 700 milyon nəfəri ötüb.

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017