Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Samsung Galaxy S8”in yeni versiyası hazırlanır 

Populyar “Geekbench” bençmarkında “Samsung” şirkətinin yeni smartfonu görüntülənib.

İKT.lent.azn “vladtime.ru” saytına istinadən xəbər verir ki, bəzi məlumatlara əsasən, cihaz bu ay bazara çıxarılacaq. 

Bençmarkın məlumatına görə, telefon 1,9 GHs tezliyi ilə “Snapdragon 835” prosessorunun bazasında çalışacaq. Onun əməliyyat yaddaşının həcmi 4 GB olacaq və “Android 7.0 Nougat” əməliyyat sistemində işləyəcək. 

Yeni smartfon klassik “Galaxy S8” smartfonundan fərqli olaraq əyilən deyil, səthi ekrana malik olacaq. Həmçinin cihaz daha güclü korpusa malik olacaq və zərbələrə dözümlü olacaq. 

Belə ehtimallar da mövcuddur ki, “Galaxy S8 Active” analoji olaraq ötən il olduğu kimi, AT&T mobil rabitə operatorunun eksklüziv modeli olacaq. 

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017