Bu bölmə Bakcell tərəfindən təqdim olunur

OLED ekranlı televizorların tədarükü iki dəfədən çox artacaq

Analitiklər hesab edir ki, OLED ekranlı televizorların tədarükü bu il iki dəfədən çox artmalı və 2 milyon ədədi keçməlidir.

 

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, bazarın lideri LG şirkəti olaraq qalır. Belə ki, bu şirkət ötən il müvafiq televizordan 900 min ədədini satışa çıxarıb. Bu il isə tədarükünü 1,5 milyon ədədə qədər artırmalıdır.

 

Xatırladaq ki, “LG Display” şirkəti böyük ekran tədarükçülərin reytinqinə ardıcıl 7 ildən çoxdur başçılıq edir.

 

“Sony” və “Panasonic” də həmçinin OLED ekranlı televizorların tədarükünü artırır ki, onları da bu şirkətlərə “LG Display” şirkəti çatdıracaq. Gözlənilir ki, “Sony” və “Panasonic” bu il ərzində müvafiq olaraq 300 min və 200 min televizor istehsal edəcək.

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017