Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Məşhur "Youtube" bloggeri uşaq pornoqrafiyası hazırlamaqda suşlanır

Çikaqodan olan müğənni, eyni zamanda "Youtube"da blogger kimi məşhur olan Ostin Cons həbs edilib.

 

İKT.lent.az-ın Vistanews.ru saytına istinadən məlumatına görə, 24 yaşlı müğənni uşaq pornoqrafiyası hazırlamaqda ittiham olunur.

 

İstintaqın rəyinə əsasən, müğənni "Facebook" sosial şəbəkəsində 14 yaşlı iki qız pərəstişkarı ilə yazışıb. O, qızlardan ona olan sevgilərinin sübutu kimi intim videolarını göndərməyi xahiş edib. Onlardan biri 25, digəri 15 erotik rolik göndərib.

 

Günahı sübut olunarsa, Ostin Consu 15 il həbs cəzası gözləyir.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017