Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Mobil cihaz istifadəçilərinin sayı 5 milyard nəfəri keçdi

“We Are Social” və “Hootsuite” şirkətlərinin hesabatlarına əsasən, planet əhalisinin üçdə ikisi mobil cihazlara sahibdir. Bu isə 5 milyard insan deməkdir

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, mobil cihazların 80 faizini smartfonlar təşkil edir. 

Hazırda Yer planetinin əhalisi 7,511 milyard insan qiymətləndirilir. Bunun yarıdan çoxu - 54 faizi şəhərlərdə yaşayır. Bir qədər az - 51 faizi və ya 3,811 milyard insan isə qlobal şəbəkəyə çıxış əldə edirlər. 

İnternetin daha populyar resursları sosial şəbəkələrdir. Onların aktiv istifadəçilərinin sayı 2,895 milyard nəfər və ya əhalinin 39 faizini təşkil edir. Sosial şəbəkələrə mobil cihazlarla daxil olanların sayı isə 2,692 milyard nəfər və ya dünya əhalisinin 36 faizidir. 

Qeyd edək ki, yalnız “Facebook” şəbəkəsində aktiv istifadəçilərin sayı 1,938 milyard nəfər təşkil edir. Baxmayaraq ki, son zamanlar bir balaca azalma müşahidə edilir. Ancaq ümumilikdə artım tendensiyası saxlanılır. Bir neçə həftədən sonra bu sosial şəbəkədə qeydiyyatdan keçənlərin sayı 2 milyardı keçməlidir.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017