Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Bakcell”dən “Mənim saatım” adlı yeni limitsiz internet paketi 

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell" şirkəti yüksəksürətli mobil internetdən faydalanmaq istəyən abunəçilər üçün “Mənim saatım” adlı innovativ internet paketi təqdim edir.

 

İKT.lent.az-ın xəbərinə görə, bu yeni məhsul sayəsində abunəçi gün ərzində bir dəfə 60 dəqiqəlik bir müddət seçə və həmin vaxt üçün cəmi 50 qəpik ödəməklə, internetdən limitsiz istifadə edə bilər.

 

Paketdən gündə yalnız bir dəfə, saat 01:00-dan 19:00-a qədər yararlanmaq mümkündür. Paketi aktivləşdirmək üçün *570*50#YES kodunu yığmaq lazımdır.

 

“Ədalətli istifadə” siyasətinə əsasən digər cihazların “Wi-Fi Hotspot” vasitəsilə qoşularaq bu paketdən istifadə etməsi mümkün deyil. Paketin vaxtı bitdikdən sonra abunəçi öz balansındakı digər İnternet paketindən və ya abunə olduğu tarifə uyğun İnternet trafikindən istifadə edə bilər.

 

Qeyd edək ki, Bakcell şirkəti internet sürətinin yoxlanılması və təhlili sahəsində dünya lideri olan “Ookla” şirkəti tərəfindən Azərbaycanda “ən sürətli mobil şəbəkə” mükafatına layiq görülüb.

 

Bundan əlavə, "Bakcell" “Instagram”, “WhatsApp”, “YouTube” və “Facebook” istifadəçiləri üçün eksklüziv internet paketləri təqdim edir.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017