Bu bölmə Bakcell tərəfindən təqdim olunur

2021-ci ildə əşyaların internetinə 1,4 trilyon dollar xərclənəcək

İDC analitik şirkətinin mütəxəssisləri əşyaların internetinə (İoT) aid növbəti proqnozunu hazırlayıblar. 

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, analitiklər güman edirlər ki, bu il müvafiq bazar 16,7 faiz artaraq 800 milyard dolları üstələyəcək. Gözlənilir ki, 2021-ci ildə İoT xərcləri 1,4 trilyon dollara yaxınlaşacaq. 

Daha çox vəsaiti - 105 milyard dolları bu il İoT tətbiqinə istehsalçı şirkətlər xərcləyəcəklər. Şəbəkədə elektrik, qaz və su təchizatına xərclər 56 milyard dollar səviyyəsində proqnozlaşdırılır. Nəqliyyatda yüklərin izlənməsi sisteminə 50 milyard dollar, anbar uçotuna 45 milyard dollar vəsait ayrılacaq. 

“Ağıllı” binalar texnologiyası sifarişçilərə 40 milyard dollara başa gələcək. Yeri gəlmişkən, istehlak bazarının daha çox artan seqmenti “ağıllı” evlər üçün qərarlar olacaq. Bütün istehlak bazarına sənayedən təxminən 12 dəfə az vəsait lazım gələcək.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017