Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Facebook” terrorizmlə mübarizə üçün yeni texnologiyalar tətbiq edir

“Facebook” sosial şəbəkəsi terrorizmin təbliğatı ilə bağlı yeni mübarizə sxemləri tətbiq edir. 

İKT.lent.az-ın “nation-news.ru” saytına istinadən məlumatına görə, resursun administrasiyası proqram təminatını “Facebook”da ekstremizm və terrorizmin təbliğatına əks təsir göstərmək məqsədilə sınaqdan keçirir. 

Bu texnologiyalar süni intellekt elementləri əsasında qurulub. Xüsusilə də onlar qadağan olunmuş məzmunun blok edilməsində qərarın qəbul edilməsində mümkün qədər az insan resursundan istifadə etməyə imkan verəcək.

Şirkətin qlobal siyasətin idarə edilməsi departamentinin başçısı Monika Bikertin sözlərinə görə, bu kontekst böyük əhəmiyyət kəsb edir. Xüsusilə o hallarda ki, burada söhbət əsasən terrorizmə aid vizual görüntüdən gedirsə. 

O əlavə edib ki, onların resursu üçün texnologiya belə bir kontentin üzə çıxması və qarşısının alınması ilə bağlı mühüm bir hissəyə çevrilib. Eyni zamanda məhz insanlar kontekstin düzgün anlaşılması üçün qiymətsiz imkanlara malikdir. 

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017