Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Dünyanın ən innovativ ölkələri - REYTİNQ

ABŞ-ın Kornell Universiteti, Dünya İntellektual Mülkiyyət Təşkilatı və İNSEAD biznes məktəbi innovativ ölkələrin növbəti reytinqini tərtib edib.

 

İKT.lent.az-ın xəbərinə görə, artıq 7 ildir ki, reytinq cədvəlinə İsveçrə başçılıq edir. Bu ölkə 7 əsas sahədə - elmi tədqiqatlar, infrastruktur, institutlar, bazar, biznes qərarlarının mürəkkəbliyi, biliklərə, eləcə də incəsənətə münasibət sahələrində 127 dövlət arasında ən yüksək nəticələr göstərib.

 

Sonrakı yerləri İsveç, Niderland, ABŞ və Böyük Britaniya tutur.

 

Çin 22-ci, Türkiyə 43-cü, Rusiya 45-ci sıradadır. 

 

Qeyd edək ki, bu reytinq 2008-ci ildən etibarən tərtib olunur.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017