Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Asustek Computer” saat və kompüter istehsalını dayandırır

Son şayiələrə görə, “Asustek Computer” şirkəti yenidənqurma prosesi çərçivəsində ştatının iri ixtisarına başlayıb. 

 
İKT.lent.az-ın “DigiTimes” saytına istinadən xəbərinə görə, “Asustek” özü hələlik bunu etiraf etmir ki, yenidənqurmadan sonra şirkətin ştatı xeyli azalacaq.

 

Ancaq müşahidəçilər əmindirlər ki, bu qaçılmaz prosesdir, çünki şirkət istehsal etdiyi məhsulların sayını azaldır. Bunun üçün də onun əvvəl olduğu kimi, belə böyük sayda işçiləri olmayacaq. Belə ki, şirkət “ağıllı” saatlar biznesindən çıxır. Həmçinin masaüstü kompüterlərin istehsalını dayandırır.

 

İkinci rüb şirkətin maliyyə göstəriciləri planında ən pis rüb olmalı, gəlir və mənfəəti aşağı düşməlidir. Ancaq mütəxəssislər hesab edirlər ki, artıq üçüncü rübdə şirkətin gəlirləri ən azı 20 faiz artacaq. Bu da noutbuklar və yeni “ZenFone 4” smartfonları hesabına baş tutacaq. 
 

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017