Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Spotify”nin istifadəçi bazası 140 milyon nəfəri keçdi

Təxminən bir il əvvəl “Spotify” musiqi yayımı xidməti bildirib ki, onun istifadəçi bazasının sayı 100 milyon nəfəri keçib.

İKT.lent.az-ın “ixbt.com” saytına istinadən məlumatına görə, bu ilin mart ayında elan olunub ki, “Spotify”də 50 milyondan artıq ödənişli abunəçi qeydə alınıb.  

Artıq 2006-cı ilin aprel ayında işə salınan “Spotify”nin 140 milyon nəfər fəal istifadəçisi var. Ancaq xidmətin ödənişli istifadəçilərinin dəqiq sayı açıqlanmır. 

Ötən həftə “Worldwide Developers Conference”nin gedişatında “Apple” şirkəti bildirib ki, “Apple Music” xidmətinin 27 milyon nəfər ödənişli qeydiyyatda olan istifadəçisi var. Bu ayın sonunda onun istifadəyə verilməsinin isə cəmi 2 ili tamam olacaq. 

Ötən il “Spotify”nin dövriyyəsi 50 faiz artaraq 3,3 milyard dollar təşkil edib. Yaxın bir neçə il ərzində şirkət “Spotify” tərəfindən təqdim edilən musiqi kompozisiyalarının müəlliflərinə 2 milyard dollardan çox vəsait yatırmağı düşünür.

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017