Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Sberbank” ilk dəfə dron vasitəsilə pul göndərdi

Rusiya “Sberbank”ı ilk dəfə olaraq pilotsuz uçuş aparatı vasitəsilə təyinat məntəqəsinə nəğd pul çatdırıb.

 

İKT.lent.az-ın RBK-ya istiandən verdiyi məlumata görə, bankın İdarə Heyəti sədrinin birinci müavini Lev Xasis bunu vacib gün adlandırıb: “Bu gün bizim xüsusi dronumuz pilot layihə çərçivəsində kassa mərkəzindən inkassator avtomobilinə nəğd pulu uğurlu şəkildə çatdırdı. Hələlik çatdırılma 10 km-ə yaxın məsafəyə baş tutub”.  

 

Çatdırılan pulun miqdarı açıqlanmayıb. Dron saatda 180 km sürətlə hərəkət edir. L. Xasis bankın sınaqları davam etdirəcəyini söyləyib.

 

Qeyd edək ki, may ayında “Sberbank”ın rəhbəri German Qref pilotsuz uçuş aparatları vasitəsilə nəğd pulun çatdırılmasını test etdiklərini bildirib. G. Qref deyib ki, əgər pul konteyneri təyinat yerinə çatmasa (oğurlanarsa və ya itərsə), xüsusi proqram vasitəsilə boya buraxılır və pullar adi kağıza çevrilir. Dronun bu funksiyası məsafədən idarə olunur.

LENT

15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017