Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Mobil operatorlar bu il 327 mln. manata yaxın gəlir əldə edib

2017-ci ilin yanvar-may ayları ərzində informasiya və rabitə müəssisələri 676,2 mln. manatlıq xidmət göstərib ki, onun da 72,0%-i əhali tərəfindən istehlak olunub.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 4,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,3%-i qeyri-dövlət sektorunun payına düşüb.

 

Xidmətlərdən əldə edilən gəlirin 48,3%-i və ya 326,7 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

LENT

23 İyun 2017
22 İyun 2017
21 İyun 2017
20 İyun 2017