Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“Amazon” orqanik qidalar satan şəbəkəni aldı - 13,7 MLRD. DOLLARA!

ABŞ-ın “Amazon” online riteyleri “Whole Foods Market” ərzaq mağazaları şəbəkəsinin satın alınması üzrə razılıq əldə edib.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə şirkətlərin ortaq açıqlamasında bildirilir.

 

“Whole Foods Market” ABŞ-da və dünyada orqanik və süni əlavələrsiz məhsulların satışı ilə məşğul olan ən böyük supermarketlər şəbəkəsidir. “Amazon” “Whole Foods”un hər səhminə 42 dollar ödəyəcək və beləliklə, alış-veriş 13,7 milyard dollara başa gələcək. “Milyonlarla insan “Whole Foods Market”i ona görə sevir ki, onlar orqanik mənşəli ən yaxşı məhsulları təqdim edir və sağlam qidalanmaya şərait yaradırlar”, - deyə Amazon”un rəhbəri Ceff Bezos söyləyib. “Whole Foods”un həmtəsisçisi və baş direktoru Con Makki isə bildirib ki, şirkətlərin birləşməsi onların səhmdarlarının gəlirini artıracaq. C. Makki birləşmədən sonra öz vəzifəsində qalacaq, şirkət isə öz brendini saxlayacaq.

 

Tərəflər birləşməni bu ilin ikinci yarısında yekunlaşdırmağı planlaşdırır.

 

Qeyd edək ki, ötən il “Whole Foods Market”in satışları 16 milyard dollar təşkil edib. Şəbəkənin ABŞ, Kanada və Britaniyada 460 satış nöqtəsi mövcuddur.

LENT

18 Avqust 2017
17 Avqust 2017
16 Avqust 2017
15 Avqust 2017