Bu bölmə Bakcell tərəfindən təqdim olunur

“YouTube”a nəzarət güclənəcək - TERROR TƏHLÜKƏSİ

“Google” şirkəti “YouTube” video xidmətində ekstremist məzmunlu videoların yayılması ilə mübarizəni gücləndirəcək.

 

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Google”un bəyanatında deyilir.

 

Bəyanatda bildirilir ki, şirkət terror təbliğatı və digər ekstremist kontentin aşkarlanması və silinməsi üçün alətlərini yeniləyəcək və yaxşılaşdıracaq. “Google“ əl rejimində bu tip videoların tapılıb silinməsi ilə məşğul olan işçilərin sayını artıracaq. Həmin videoları artıq izləmiş istifadəçilərə “Google” antiekstremist məzmunlu videolar yollayaraq onları öz həyatlarını terrorizmlə bağlamamağa inandırmağa çalışacaq.

 

Şirkət internetdə terror və zorakılıq təbliğatı ilə mübarizə aparan ictimai təşkilatlarla əməkdaşlıq quracağını da açıqlayıb. “Terrorçular və ekstremistlər nəinki bizim təhlükəsizliyimizə qəsd etmək, həm də bizim cəmiyyətimizi açıq və azad edən dəyərləri məhv etmək istəyirlər. Biz buna yol verməyəcəyik”, - deyə açıqlamada bildirilir.

 

LENT

21 May 2018
19 May 2018
18 May 2018
17 May 2018
16 May 2018