Bu bölmə Bakcell tərəfindən təqdim olunur

Azərbaycanda kompüter istehsalı 72 faiz artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 75,2 milyon manatlıq məhsul istehsal olunub.

İKT.lent.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 72,1 faiz, elektrik avadanlıqlarının istehsalı isə 2,1 dəfə artıb. 

Beş ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 17,0 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 2,4 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 41,5 faiz artıb.

LENT

20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017
17 Oktyabr 2017